12/09/2022
20:57
4842
| A A A
Manchester United Ronaldo ilə müqaviləni uzatmaq istəyir

Manchester United hücumçusu Kriştiano Ronaldonun müqaviləsini uzatmaq variantını aktivləşdirmək istəyir.

Goal.az xəbər verir ki, 37 yaşlı portuqaliyalı ilə müqavilənin uzadılmasının yalnız tərəflərin qarşılıqlı razılığı əsasında həyata keçiriləcəyi barədə bənd var.

Ronaldo yayda Çempionlar Liqasında çıxış edən komandada oynamaq istədiyi üçün klubdan ayrılmağı düşünürdü. Bu mövsüm nadirən start heyətdə meydana çıxan forvard qol hesabını aça bilməyib. (futbolpress)