16/09/2022
14:53
2230
| A A A
Premyer Liqanın rekordçusu karyerasını bitirdi

İngiltərə millisinin keçmiş qapıçısı Ben Foster karyerasını başa vurub.

Goal.az xəbər verir ki, bu barədə məlumatı Foster özü verib.

O, futbolçu karyerasını 39 yaşında bitirib. Foster bu yay Newcastle United-dən aldığı təklifi qəbul etməyib.

Onun son klubu ötən mövsüm Premyer Liqanı tərk edən Watford olub.

Foster karyerası ərzində Stoke City, Manchester United, Birmingham və West Bromwhich-də də çıxış edib. O, Premyer Liqada hamıdan çox – 34 min 959 dəqiqə keçirməklə rekordçudur.

Foster İngiltərə millisində 8 matça çıxıb.