Holand ayın futbolçusu seçildi
İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşı futoblçusu məlum olub.
Goal.az xəbər verir ki, bu ada Manchester City-nin hücumçusu Erlinq Holand layiq görülüb.
Norveçli forvard ötən ay Premyer Liqada meydana çıxdığı 5 matçda 9 qol vurub, 1 məhsuldar ötürmə edib.