18/09/2022
13:07
2226
| A A A
De Bruyne Cerrarda çatdı

Manchester City-nin futbolçusu Kevin de Bruyne Liverpool-un keçmiş kapitanı Stiven Cerrardın İngiltərə Premyer Liqasındakı nailiyyətini təkrarlayıb.

Goal.az xəbər verir ki, 31 yaşlı yarımmüdafiəçi buna Wolverhampton-u 3:0 hesabı ilə məğlub etdikləri 7-ci tur oyununda nail olub.

Belçikalı futbolçu oyunda iki məhsuldar ötürmə edib və Premyer Liqada ötürmələrinin sayını 92-yə yüksəldib.

Cerrard 504, Kevin de Bruyne isə 287 qarşılaşmada bu göstəriciyə çatıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI