24/11/2022
17:50
912
| A A A
Məşhur şirkət İngiltərə klubunu ala bilər

Apple şirkəti İngiltərənin Manchester United klubunun səhmlərini almaq istəyir.

Goal.az xəbər verir ki, bu barədə Daily Star nəşri məlumat yayıb.

Apple "qırmızı şeytanlar"ın hazırkı sahibləri Qleyzerlər ailəsinə klub üçün 5,8 milyard funt-sterlinq (6,7 milyard avro) təklif edə bilər. İngiltərə təmsilçisinin rəhbərliyi klubu ən yüksək təklifi edəcək şirkətə satmağı planlaşdırır.

Daha əvvəl Qleyzerlər ailəsi Manchester United-in satışı üçün gələcək təklifləri dəyərləndirəcəyini açıqlayıb.