Benitez Premyer Liqaya qayıda bilər
Liverpool və Everton-un sabiq çalışdırıcısı Rafael Benitez məşqçilik karyerasını davam etdirmək istəyir.
Goal.az xəbər verir ki, 62 yaşlı ispaniyalı mütəxəssis İngiltərəyə qayıtmaq və Premyer Liqa təmsilçilərindən birinə yenidən rəhbərlik etmək niyyətindədir.
Öncədən Benitezin adı West Ham-lə hallanırdı. O, bu klubun baş məşqçi postuna namizədlərdən biri idi.