Manchester City Gündoğanla bağlı qərarını verdi
Manchester City müqaviləsi mövsümün sonunda bitən İlkay Gündoğanı komandada saxlamaq istəyir.
Goal.az xəbər verir ki, “şəhərlilər” adı Barcelona və Galatasaray-la hallanan yarımmüdafiəçiyə yeni sözləşmə təklif edəcək. Manchester City 32 yaşlı futbolçuyla artıq danışıqlara başlayıb.
Qeyd edək ki, İlkay bu mövsüm 26 matçda 2 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.