23/02/2023
19:47
3452
| A A A
Jesusun durumuna aydınlıq gəldi

Arsenal-ın zədəli futbolçusu Qabriel Jesusun yaşıl meydanlara qayıdacağı vaxt məlum olub.

Goal.az xəbər verir ki, braziliyalı hücumçu növbəti ay komanda ilə məşqlərə başlayacaq.

Jesus Braziliya yığması ilə Qətərdə təşkil olunan dünya çempionatda zədələnmiş və 3 ay yaşıl meydanlardan uzaq qalacağı bildirilmişdi.

Qeyd edək ki, Jesus bu mövsüm Premyer Liqada 14 matçda 5 qol, 5 məhsuldar ötürmə ilə yadda qalıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI