26/02/2023
16:56
1446
| A A A
Holand Manchester City-nin yeni rekordçusuna çevrildi

İngiltərə Premyer Liqasının 25-ci turunun Bournemouth-la səfər oyunu Manchester City-nin hücumçusu Erlinq Holand üçün əlamətdar olub.

Goal.az xəbər verir ki, komandasının 4:1 hesablı qələbəyə sevindiyi oyunda qollardan birini də norveçli forvard vurub.

Bununla da o, “şəhərlilər”in heyətində Premyer Liqada bir mövsüm ərzində vurduğu qolların sayını 27-yə çatdırıb. Bu isə klub tarixində rekord göstəricidir.

Bundan əvvəlki rekord Serxio Aqueroya məxsus idi. Argentinalı futbolçu 2014/15 mövsümündə 26 qola imza atmışdı.

GÜNÜN ƏN ÇOX OXUNANLARI