Chelsea Potterlə bağlı qərar verib
Chelsea-də baş məşqçi Qrem Potterin gələcəyi məlum olub.
Goal.az xəbər verir ki, klub rəhbərliyi komandanın uğursuz çıxışına baxmayaraq, ingilis mütəxəssislə yolları davam etdirəcək. Potterə komandanı uğursuz zolaqdan çıxarmaq üçün vaxt verilib.
Qeyd edək ki, uğursuz mövsüm keçirən London klubu Premyer Liqada son 5 matçında qələbə qazana bilməyib. Komanda çempionatda 10-cu sıradadır.