03/03/2023
11:47
2363
| A A A
Arsenal İngiltərə Premyer Liqasının tarixinə düşüb

Arsenal İngiltərə Premyer Liqasının 7-ci turunda təxirə salınan və ötən gün keçirilən Everton-la görüşdə qalib gəlməklə ölkə futbolu tarixində ilkə imza atıb.

Goal.az xəbər verir ki, London təmsilçisi Everton-u ümumilikdə 100-cü dəfə məğlub edib. Beləliklə, Arsenal çempionatda bir rəqib üzərində 100 qalibiyyət əldə edən ilk klub adını qazanıb.

Arsenal-a bu 100 qələbə həddinə çatmaq üçün 204 oyun lazım olub. "Topçular" digrər 104 görüşün 43-də heç-heçə edib, 61 dəfə uduzub.

Qeyd edək ki, Arsenal hazırda Premyer Liqanın turnir cədvəlində 60 xalla liderdir. Onlar 2-ci yerdəki Manchester City-ni 5 xal qabaqlayırlar.

GÜNÜN ƏN ÇOX OXUNANLARI