12/05/2021
23:42
1510
| A A A
Avropa Liqası finalını fransalı hakimlər idarə edəcək

Avropa Liqasının finalında keçiriləcək Villarreal - Manchester United oyununa hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, həlledici matç Fransa Futbol Federasiyasından Kleman Turpenə tapşırılıb. Köməkçi hakimlər Nikolya Dano və Siril Qrinqor, dördücü hakim Slavko Vinçiç olacaq.

Qeyd edək ki, sözügedən qarşılaşma mayın 26-ı keçiriləcək.