12/05/2021
21:45
1990
| A A A
ÇL finalının hakimləri bilindi

Çempionlar Liqasında Manchester City və Chelsea arasında keçiriləcək final matçı üçün hakim təyinatları açıqlanıb.

Goal.az xəbər verir ki, oyunu İspaniya Futbol Federasiyasından Antonio Miqel Mateu Laos idarə edəcək. Ona Pau Serbian Devis və Roberto Dias köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Karlos del Serro Qrande yerinə yetirəcək.

Qeyd edək ki, Manchester City - Chelsea görüşü mayın 29-u keçiriləcək.