08/05/2019
12:51
1978
| A A A
Azərbaycanlı futbolçu üçün mövsüm erkən bitdi

Milli komandamızın hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Krylya Sovetov ciddi itki ilə üzləşib.

Goal.az-ın məlumatına görə, Samara klubu zədə səbəbindən iki oyunçusunun xidmətindən məhrum olub.

Qış transfer dönəmində Spartak-dan transfer edilən gürcü əsilli Jano Ananidze və əslən azərbaycanlı olan Aleksandr Səmədov zədələniblər. Həkimlərin bildirdiyinə görə, hər iki futboçu üçün mövsüm erkən bitib.

Qeyd edək ki, Səmədov Krylya Sovetov-un heyətində 9 oyun keçirib və 3 məhsuldar ötürmə edib, Ananidzenin aktivində isə 8 oyuna 1 qol və 1 ötürmə var.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39459 səs