14/06/2019
17:51
4133
| A A A
Ramil Şeydayevin transfer qiyməti artdı

Rusiya Premyer Liqasında çıxış edən futbolçuların transfer qiymətləri açıqlanıb.

Goal.az xəbər verir ki, "transfermarkt.ru" saytının açıqladığı siyahıda millimizin hücumçusu Ramil Şeydayevin də adı var. 22 yaşlı forvardın qiyməti əvvəlki ilə müqayisədə 200 min avro artaraq, 1,2 milyon olub.

Rusiya çempionatında çıxış edən ən bahalı oyunçu isə Moskva SSKA-sının müdafiəçisi Mario Fernandesdir. Braziliya əsilli rus futbolçunun dəyəri 30 milyon avrodur. İkinci yerdə paytaxt klubunun digər üzvü Nikola Vlaşiç (20 milyon), üçüncü pillədə isə Lokomtiv-in yarımmüdafiəçisi Qjeqoj Krikovyakla Krasnodar-dan Viktor Klasson (18 milyon) qərarlaşıb.

Qeyd edək ki, Ramil ötən ilin yayından Krylya Sovetov-da çıxış edir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39460 səs