24/08/2019
19:20
960
| A A A
Şeydayev ehtiyatda qaldı

Millimizin hücumçusu Ramil Şeydayevin şərəfini qoruduğu Dinamo Rusiya Premyer Liqasında növbəti oyununa çıxıb.

Goal.az xəbər verir ki, komanda 7-ci turda Tombov-la qarşılaşıb və 2:0 hesabı ilə qalib gəlib.

R.Şeydayev sözügedən matçda iştirak etməyib. O, səfər matçını ehtiyat oyunçular siyahısından izləyib.Bunadək Ramil ilk 11-likdə meydana çıxırdı.

Lakin geridə qalan 6 turda futbolçumuz bir dəfə də olsun qol vura bilməyib. Buna görə də o, Rusiya mediasında tənqid olunub.

Qeyd edək ki, Dinamo 8 xalla 9-cu pillədə qərarlaşıb.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
33872 səs