17/09/2019
19:30
1565
| A A A
Arsen Venger Rusiya klubunu çalışdıra bilər

İngiltərənin Arsenal klubunun 1996 - 2018-ci illərdə çalışdıran Arsen Venger karyerasını Rusiyada davam etdirə bilər.

Goal.az-ın “Sport-Ekspress”ə istinadən verdiyi məlumata görə, Moskva Spartak-ı 70 yaşlı fransalı mütəxəssisin xidmətində maraqlıdır. Paytaxt klubunun baş direktoru Tomas Tsorn Vengerlə ilkin danışıq aparmaq üçün Londona gedib.

Bir müddət əvvəl Spartak-ın sahibi Leonid Fedun komandaya hazırda rəhbərlik edən Oleq Kononovun ən azı dekabra qədər postunda qalacağını açıqlayıb.

Moskva təmsilçisi Rusiya Premyer Liqasında 9 turdan sonra 14 xalla 6-cı yerdədir.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
37245 səs