25/10/2019
11:20
1119
| A A A
Ramil Şeydayev Dinamo-dan təzminatsız ayrıla bilər

Azərbaycanın futbol üzrə milli komandasının hücumçusu Ramil Şeydayev qış transfer pəncərəsində Moskvanın Dinamo klubundan ayrıla bilər.

Goal.az xəbər verir ki, 23 yaşlı hücumçunun müqaviləsində tərəflərin təzminat ödəmədən müqaviləni ləğv edə biləcəyi bir bənd var. Dinamo gələn mövsümdən etibarən Rusiya Premyer Liqasında qüvvəyə minəcək yeni limit səbəbindən hücumçu ilə müqaviləni pozma variantını nəzərdən keçirir.

R.Şeydayev cari mövsümdə Dinamo-nun heyətində keçirdiyi yeddi oyunda bir məhsuldar ötürmə ilə yadda qalıb.

Xatırladaq ki, hücumçu cari ilin iyulunda Dinamo-ya azad agent kimi keçib.

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39281 səs