26/10/2019
18:22
922
| A A A
Çeçenistanda oyun zamanı kütləvi dava düşdü - VİDEO

Rusiya Gənclər Liqasında XIV turun "Axmat" - "Arsenal" matçı zamanı kütləvi dava düşüb.

Goal.az-ın məlumatına görə, insident Çeçenistanın paytaxtı Qroznıda təşkil olunmuş qarşılaşmanın 38-ci dəqiqədə Tula klubunun oyunçusunun kobud oyunundan sonra yaşanıb. Ona sarı vərəqə göstərilsə də, Qroznı komandasının futbolçuları bu cəzanı yüngül sayıblar və qaydanı pozan oyunçu ilə özləri haqq-hesab çəkməyi qərara alıblar. Davaya ehtiyat oyunçular skamyasındakılar da qoşulublar. Nəticədə baş hakim meydan sahiblərinin 2, qonaqların 1 oyunçusunu meydandan qovub.

Qeyd edək ki, görüş "Arsenal"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. (Report)

Ən maraqlısı hansıdır?

ÇEMPİONLAR LİQASI
%
AVROLİQA
%
AVROPA ÇEMPİONATI
%
DÜNYA ÇEMPİONATI
%
39285 səs