13/12/2019
17:15
2558
| A A A
Rusiya klublarından 18 illik antirekord

Bu mövsüm avrokuboklarda çıxış edən rus klublarının heç biri pley-off-a adlaya bilməyib.

Goal.az xəbər verir ki, bununla da 18 illik antirekord təkrarlanıb. Rusiya təmsilçiləri sonuncu dəfə 2001-2002 mövsümündə bu cür uğursuzluqla üzləşmişdi.

Qeyd edək ki, cari mövsüm Rusiyanı avrokuboklarda Lokomotiv, Zenit (Çempionlar Liqası), CSKA və Krasnodar (Avropa Liqası) təmsil edirdi.