18/12/2019
15:38
1837
| A A A
Sabiq Qəbələ-li ilin məşqçisi seçildi

Rusiyada ilin məşqçisi müəyyənləşib.

Goal.az xəbər verir ki, idman jurnalistləri arasında keçirilən sorğunun nəticələrinə əsasən, bu ada Moskva "Lokomotiv"inin baş məşqçisi Yuri Syomin layiq görülüb.

72 yaşlı mütəxəssis 2019-cu ildə "Lokomotiv"ə həm Rusiya kubokunu, həm də Premyer Liqanın gümüş medallarını qazandırıb.

Qeyd edək ki, Syomin 2013/14-ci il mövsümündə “Qəbələ”ni çalışdırıb.