06/02/2020
10:22
1548
| A A A
Erməni klubu Rusiya çempionatından xaric edildi

Moskvanın ermənilərə məxsus "Ararat" klubu Rusiyanın Peşəkar Futbol Liqası (PFL) iştirakçıları siyahısından çıxarılıb.

Goal.az-ın məlumatına görə, bu barədə Rusiya Futbol İttifaqının (RFS) İcraiyyə Komitəsinin bürosu qərar qəbul edib. Səbəb kimi RFS-in II Divizion klublarının lisenziyalaşdırılması üzrə komissiyanın "Ararat"ın lisenziyasını geri çağırması göstərilib.

Hazırda "Ararat" PFL-in Mərkəz zonasında turnir cədvəlinin 8-ci pilləsində yer alıb. Rusiyanın səviyyəcə üçüncü divizionunda erməni komandası 23 xal toplayıb. (report)