24/03/2020
19:37
1332
| A A A
Rusiya Premyer Liqasında ayın futbolçusu bilindi

Rusiya Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu məlum olub.

Goal.az xəbər verir ki, bu, Sochi-nin hücumçusu Aleksandr Kokorindir. Bu barədə Premyer Liqanın mətbuat xidməti məlumat yayıb. Kokorin mart ayında Sochi-nin heyətində 4 oyuna 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Qeyd edək ki, 2018-ci ilin oktyabrında həbs olunan Kokorin, 2019-cu ilin sentyabrında azadlığa buraxılıb. O, yanvarda icarə əsasında Zenit-dən Sochi-yə keçib.