28/05/2020
15:51
513
| A A A
Moskva klubunda koronavirus şoku

"Lokomotiv" klubunun daha 4 futbolçusu koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, Dmitri Barinov, Anton Koçenkov, Timur Süleymanov və Roman Tuqarevin testləri müsbət nəticələnib.

Oyunçular özlərini yaxşı hiss edir və evlərində təcrid olunublar.

Qeyd edək ki, daha əvvəl "Lokomotiv"in hücumçusu Cefferson Farfanda da koronavirus aşkarlanıb. Rusiya Premyer Liqasının iyunun 21-də start götürməsinə qərar verilib.

Bizi hansı ölkədən izləyirsiniz?

AZƏRBAYCAN
%
TÜRKİYƏ
%
RUSİYA
%
DİGƏR
%
8971 səs