18/06/2020
10:00
710
| A A A
Rusiya klubunda koronavirus şoku

Rusiyanın “Rostov” klubunun 6 futbolçusunda koronavirus aşkarlanıb.

Goal.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. “Sport-Ekspress” nəşri infeksiyaya yoluxanların Roman Yeremenko, Dennis Xadjikaduniç, Xoren Bayramyan, Matias Normann, İvelin Popov və Arseniy Loqaşov olduğunu yazıb.

Premyer Liqa təmsilçisi virus aşkarlanan futbolçuların hər birinin əsas heyət üzvü olduğunu və buna görə də onlarla təmasda olan klubun 42 nəfərinin iki həftəlik karantinə alındığını açıqlayıb.

Qeyd edək ki, Rusiya Premyer Liqasının iyunun 19-da bərpa ediləcəyi bildirilib. “Rostov”un həmin gün “Soçi” ilə səfər oyunu var. Hazırda oyunun başqa vaxta keçirilməsi müzakirə olunur. Bu barədə rəsmi qərarın isə bu gün veriləcəyi gözlənilir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9807 səs