19/06/2020
22:47
625
| A A A
Rusiya Premyer Liqası iki məhsuldar oyuna bərpa olundu

Rusiya Premyer Liqasında koronavirus pandemiyası ilə bağlı yaranmış məcburi fasilə bu gün başa çatıb.

Goal.az xəbər verir ki, yerli çempionat "Krılya Sovetov" - "Axmat" oyunu ilə bərpa olunub.

Qarşılaşma qonaqların 4:2 hesablı qələbəsi ilə başa çatıb. Bu nəticədən sonra xallarının sayını 23-ə çatdıran "Axmat" autsayder mövqeyindən 13-cü yerə yüksəlib. Əvəzində isə 20 xalda qalan "Krılya Sovetov" sonuncu pilləyə geriləyib.

Günün digər oyununda "Rostov" və "Soçi" komandaları üz-üzə gəliblər. Bir neçə gün öncə “Rostov”un 6 futbolçusunda koronavirus aşkarlandığı üçün, bu komandanın bütün kollektivi karantinə alınıb. Bu üzdən sözügedən matçın təxirə salınacağı gözlənilsə də, “Soçi” buna etiraz edib və rəqibə texniki məğlubiyyət verilməsini tələb edib. Bu üzdən də “Rostov” bu qarşılaşmaya yeniyetmələrdən ibarət komandasını göndərmək məcburiyyətində qalıb. Bu isə nəticəyə təsirsiz ötüşməyib. “Soçi” xeyli zəif olan rəqibi üzərində 10:1 hesablı qələbəyə sevinib. Bu məğlubiyyətə baxmayaraq, “Rostov” 38 xalla 4-cü pillədə qərarlaşıb. “Soçi” isə 27 xalla 9-cu pilləyə yüksəlib.

Qeyd edək ki, Premyer Liqada turnir cədvəlinə 50 xalla "Zenit" başçılıq edir.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9807 səs