02/07/2020
10:47
743
| A A A
Rusiya klubunda məşqçi ayrılığı

İqor Çerevçenko Rusiyanın "Arsenal" (Tula) futbol komandasının baş məşqçi postunu tərk edib.

Goal.az xəbər verir ki, bu qərar Premyer Liqanın XXV turunda "Axmat"a 1:3 hesablı ev məğlubiyyəti ilə yekunlaşmış oyundan sonra çıxarılıb. 45 yaşlı mütəxəssisin xahişi təmin olunub.

Kollektivi son tur qarşılaşmalarına "Arsenal"ın farm-klubunda çalışmış Sergey Podpalı və gənclərdən ibarət komandanın məşqçisi Nikolay Kovardayev hazırlayacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9809 səs