10/08/2020
15:15
655
| A A A
Zenit-in futbolçusunda koronavirus aşkarlandı

Rusiyanın "Zenit" klubunun futbolçusu koronavirusa yoluxub.

Goal.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Sergey Semak “Rusiya-24” telekanalına açıqlamasında məlumat verib. 44 yaşlı mütəxəssis iki oyunçunun durumunun şübhəli olduğu və onlardan birinin testinin müsbət nəticələndiyini bildirib.

Semak futbolçunun adını açıqlamayıb və iki oyunçunun karantində olduğunu söyləyib.

Qeyd edək ki, Rusiya Premyer Liqasında yeni mövsüm başlayıb. "Zenit" avqustun 11-də səfərdə "Rotor"la üz-üzə gələcək. (report)

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
10001 səs