06/12/2020
10:25
1183
| A A A
Avropanın futbol çempionu vəfat edib

1960-cı ildə Avropanın futbol üzrə çempionu olmuş Viktor Ponedelnik vəfat edib.

Goal.az xəbər verir ki, bu barədə sabiq futbolçunun qızı Anastasya Ponedelnik məlumat yayıb.

O, özünün feysbuk səhifəsində atasının fotolarını paylaşıb. Sabiq futbolçu 83 yaşında dünyasını dəyişib.

Viktor Ponedelnik 1960-cı ildə SSRİ yığmasının heyətində Avropa çempionu olub. O, yığmanın heyətinə 1958-ci ildə daxil olub. Futbolçu 2 il sonra keçmiş Yuqoslaviya seçməsinə qarşı oyunda (2:1) əlavə vaxtda "qızıl" qol vurub. Bunun nəticəsində SSRİ yığması Avropa Kubokunun qalibi olub.