04/03/2021
14:24
1896
| A A A
Azərbaycanlı futbolçunun Rusiyada yeni klubu bilindi

Ötən ilin dekabrında Ufa-dan ayrılan azərbaycanlı futbolçu Azər Əliyevin yeni komandası müəyyənləşib.

Goal.az xəbər verir ki, 26 yaşlı yarımmüdafiəçi Premyer Liqanın digər təmsilçisi Tambov-a keçib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Onun müqavilə müddəti və digər detallar açıqlanmayıb.

Azərin yeni komandasındakı debütü də uğurlu alınıb. O, Premyer Liqanın 20-ci turunda Rotor-la keçirilən matçın (1:3) 18-ci dəqiqəsində meydana daxil olub və 41-ci dəqiqədə komandasının yeganə qolunun məhsuldar ötürməsini edib.

Qeyd edək ki, Tambov 20 oyuna cəmi 13 xal toplayıb və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.