11/05/2021
10:00
4077
| A A A
Spartak klubunun mətbuat katibi döyüldü

Rusiyanın Spartak klubunun ictimaiyyətlə əlaqələr üzrə direktoru Anton Fetisov döyülüb.

Goal.az xəbər verir ki, xəstəxanaya çatdırılan Fetisov reanimasiyaya yerləşdirilib. Ona açıq kəllə-beyin travması qoyulub.

28 iyun 2020-ci ildə mövsümün startı ərəfəsində klubun ictimaiyyətlə əlaqələr üzrə departamentinin əvvəlki direktoru Anton Lisin postunu tərk edib. İyulda departamentə Anton Fetisov rəhbərlik edib.

Qeyd edək ki, mayın 10-da Spartak evdə Ximki-ni Rusiya Premyer Liqasının XXIX tur matçında 2:1 hesabı ilə yenib. Bunun nəticəsində "qırmızı-ağlar" gümüş və ya bürünc medalı təmin edib. (report)