26/05/2021
18:08
1247
| A A A
Rusiyada ilin ən yaxşı gənc futbolçusu seçildi

Gürcüstan millisinin və Rusiyanın "Rubin" klubunun futbolçusu Xviça Kvaratsxeliya Premyer Liqada 2020/2021 mövsümünün ən yaxşı gənc oyunçusu seçilib.

Goal.az xəbər verir ki, 20 yaşlı yarımmüdafiəçi ardıcıl ikinci il bu ada layiq görülüb.

Səsvermədə Premyer Liqa klublarının futbolçuları və baş məşqçiləri, Rusiya millisinin baş məşqçisi Stanislav Çerçesov və "Matç Premyer" telekanalının şərhçiləri iştirak ediblər. Hamıdan çox səs (145) toplayan istedadlı oyunçu ən yaxın izləyicisi Arsen Zaxaryanı ("Dinamo" Moskva) 60 səs qabaqlayaraq 1-ci yeri tutub.

Qeyd edək ki, Xviça Kvaratsxeliya ötən mövsüm Rusiya çempionatında 23 oyuna 4 qol vurub. O, driblinq sayına (159) görə də mövsümün lideri olub.

Kvaratsxeliya Azərbaycan yığmasının keçmiş futbolçusu Badri Kvaratsxeliyanın oğludur. (report)