15/06/2021
12:53
2349
| A A A
Yaya Turenin yeni klubu müəyyənləşdi - RƏSMİ

Manchester City və Barcelona-nın sabiq futbolçusu Yaya Turenin yeni iş yeri müəyyənləşib.

Goal.az xəbər verir ki, son olaraq Ukraynanın Olimpik klubunda köməkçi məşqçi vəzifəsini yerinə yetirən 38 yaşlı Ture karyerasını Rusiyada davam etdirəcək.

O, Akhmat klubunun məşqçilər korpusunda yer alıb. Bu barədə Qroznı təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Kot-D'ivuarlı keçmiş futbolçu baş məşqçi Andrey Talalaevin köməkçisi təyin edilib.