17/06/2021
21:19
2864
| A A A
CSKA-ya erməni məşqçi gətirildi

Qazaxıstan Tobol-unun sabiq baş məşqçisi Qriqori Babayan Rusiyanın CSKA klubunda çalışacaq.

Goal.az xəbər verir ki, erməni mütəxəssis komandanın müvəqqəti baş məşqçisi Aleksey Berezutskinin köməkçisi təyin olunub. Berezutski Premyer Liqa təmsilçisinin sükanı arxasında xorvatiyalı İvitsa Oliçi əvəzləyib.

Hazırda bu komandanın qapıçılar üzrə məşqçisi Azərbaycan millisində də analoji vəzifəni yerinə yetirən Dmitri Kramarenkodur. O, cari ilin yanvarından CSKA-də çalışır.

Qeyd edək ki, Babayan 2019-cu ildə Tobol-a baş məşqçi təyin olunmuşdu. Onun komandaya gəlişindən sonra Azərbaycan millisinin qapıçısı Emil Balayev Kostanay təmsilçisindən ayrılmışdı. (report)