23/08/2021
14:31
1249
| A A A
Rusiya Premyer Liqasında legioner limiti ləğv edilə bilər

Rusiya Premyer Liqasında legioner limiti ləğv edilə bilər.

Goal.az xəbər verir ki, bu barədə Rusiya Futbol İttifaqının prezidenti Aleksandr Dyukov "Rusiya-24" telekanalına açıqlamasında bildirib.

O, çempionatda legionerlərlə bağlı qoyulan məhdudiyyəti ləğv etmək üçün təklif irəli sürüldüyünü təsdiqləyib: "Təklif legionerlərin sayının müəyyənləşdirilməsinə yanaşmanın dəyişməsindən bəhs edir. Əslində, prinsipcə legioner limitindən imtina etməkdən danışmalıyıq. 2008-ci ildə legionerlər 2020/2021 mövsümündəkindən daha çox oynayıblar. Lakin buna baxmayaraq, milli komanda daha yaxşı çıxış edib".(report)