ÇSKA azarkeşləri Rusiya Kubokunun matçlarını boykot edib
Rusiyanın ÇSKA komandasının "Qara geyimli insanlar" fəal azarkeş birliyi Rusiya Kubokunun oyunlarını boykot edib.
Goal.az xəbər verir ki, səbəb Rusiya Peşəkar Futbol Liqasının azarkeşləri FAN ID sisteminə əsasən pasportla stadiona buraxma barədə verdiyi qərardır.
Nəticədə ÇSKA fanatları Torpedo ilə avqustun 31-də Moskvadakı Lev Yaşin adına "Dinamo" Mərkəzi Stadionunda keçiriləcək oyunu boykot etməyi qərara alıblar. Onlar FAN ID-nin tətbiq edildiyi digər turnirləri də boykot edəcəklərini bəyan ediblər. (report)