Akinfeev ÇSKA ilə müqaviləsini yenilədi
ÇSKA-nın qapıçısı İqor Akinfeev komandasıyla yeni müqavilə imzalayıb.
Goal.az xəbər verir ki, rusiyalı futbolçu yeni sözləşmə ilə maaşının 40 faiz endirilməsinə razı olub. Yeni müqavilənin müddəti 2024-cü ilə qədər nəzərdə tutulub.