02/11/2022
18:05
1588
| A A A
Rusiya klubu baş məşqçisini istefaya göndərdi

Rusiya Premyer Liqasında çıxış edən Sochi klubu baş məşqçisi Vadim Qaraninlə yollarını ayırıb.

Goal.az xəbər verir ki, 52 yaşlı mütəxəssisin müqaviləsi vaxtından əvvəl ləğv edilib.

Qaranini kimin əvəzləyəcəyi hələlik bəlli deyil.

Qeyd edək ki, Sochi Rusiya Premyer Liqasında 15 turdan sonra 21 xalla 9-cu pillədə qərarlaşıb.

GÜNÜN ƏN ÇOX OXUNANLARI