05/11/2022
19:51
1419
| A A A
Rusiya millisinin baş məşqçisi ilə müqavilə uzadılıb

Rusiya Futbol İttifaqı (RFS) milli komandanın baş məşqçisi Valeri Karpinlə yeni müqavilə imzalayıb.

Goal.az xəbər verir ki, sözləşmənin müddəti 2024-cü il avqustun 1-dək nəzərdə tutulub.

53 yaşlı mütəxəssisin hazırkı köməkçiləri də yığmadakı işlərini davam etdirəcək.

Qeyd edək ki, Valeri Karpin 2021-ci ilin iyulundan Rusiya seçməsinə rəhbərlik edir. Komanda onun rəhbərliyi altında keçirdiyi 8 oyunda 6 qələbə qazanıb, bir dəfə heç-heçə edib, eyni sayda isə məğlubiyyət alıb. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI