Krasnodar Kadinin transferini açıqladı
Krasnodar braziliyalı yarımmüdafiəçi Kadi Borgesin transferini açıqlayıb.
Goal.az xəbər verir ki, 26 yaşlı futbolçu ilə müddəti 2026-cı ilin yayına qədər olan müqavilə imzalanıb. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Kadi Krasnodar-da 20 nömrəli formanı geyinəcək.
Braziliyalı futbolçu 2021-ci ilin yayından Qarabağ-da çıxış edirdi. O, "atlılar"la bu mövsüm 31 oyunda 8 qol, 11 məhsuldar ötürmə ilə yadda qalmışdı.