21/11/2019
20:53
3438
| A A A
Ermənistan Futbol Federasiyasının prezidenti istefa verdi

Ermənistan Futbol Federasiyasının (FFA) prezidenti Artur Vanetsyan istefa verib.

Goal.az xəbər verir ki, o, bu barədə jurnalistlərə açıqlamasında məlumat verib.

FFA-nın İcraiyyə Komitəsinin üzvü Ruben Rubinyan federasiya prezidentinin istefasının qəbul olunduğunu söyləyib.

Onun istefasına AVRO-2020-nin seçmə mərhələsində İtaliyaya 1:9 hesabı ilə uduzmaları səbəb olub.

Qeyd edək ki, dekabrın 23-də FFA-nın iclası keçiriləcək, qurumun prezidenti və yeni İcraiyyə Komitəsi seçiləcək. Seçkilərə kimi Armen Melikbekyan idarəetmə məsələlərinə cavabdeh olacaq.

Millinin bərbad nəticələrinə görə günahkar kimdir?

AFFA
%
FUTBOLÇULAR
%
BAŞ MƏŞQÇİ
%
DİGƏR
%
9688 səs