13/05/2021
13:28
1155
| A A A
Buffon rekorda imza atdı

Juventus-un qapıçısı Canluici Buffon yeni rekorda imza atıb.

Goal.az xəbər verir ki, o, buna A seriyasının 36-cı turunda Sassuolo ilə matçda (3:1) penaltini qaytarmaqla nail olub. İtaliyalı qolkiper rəqib komandanın yarımmüdafiəçisi Domeniko Berardinin 11 metrlik cərimə zərbəsini dəf edib. Bununla da, 43 yaşlı qolkiper A seriyasında penaltini qaytaran ən yaşlı qapıçı olub.

Qeyd edək ki, Buffon bu mövsümün sonu Juventus-dan ayrılacağını açıqlayıb.