13/05/2021
12:31
1682
| A A A
Ronaldodan növbəti rekord

Juventus-un futbolçusu Kriştiano Ronaldo üçün İtaliya A seriyasının 36-cı turunda Sassuolo ilə matç (3:1) əlamətdar olub.

Goal.az xəbər verir ki, sözügedən görüşdə komandasının qollarından birinin müəllifi olan portuqaliyalı hücumçu Turin təmsilçisində vurduğu qolların sayını 100-ə çatdırıb. Bununla da, o, klubun tarixində üç mövsümdə bu qədər qol vuran ilk oyunçu olub. Daha əvvəl Juventus-un futbolçuları bunu ən azı 4 mövsümə bacarmışdı.

Bundan başqa, Ronaldo üç fərqli komanda ilə 100 qol səddinə çatan ilk futbolçu kimi də tarixə düşüb.