04/08/2021
19:09
1785
| A A A
Fenerbahçe-nin iki futbolçusu əsas komandadan kənarlaşdırılıb

Fenerbahçe-nin futbolçuları Caner Erkin və Sinan Gümüş əsas komandadan kənarlaşdırılıb.

Goal.az xəbər verir ki, İstanbul təmsilçisinin baş məşqçisi Vitor Pereyranın qərarına əsasən, hər iki oyunçu məşqlərini əvəzedici komandada davam etdirəcək.

Futbolçuların gələcəyi ilə bağlı yaxın günlərdə yekun qərar veriləcək.

Qeyd edək ki, Fenerbahçe UEFA Avropa Liqasında Neftçi-nin potensial rəqibidir. "Ağ-qaralar" III təsnifat mərhələsində Finlandiyanın HJK (Helsinki) klubunu keçə bilsə, pley-offda Türkiyə təmsilçisi ilə qarşılaşacaq. Flaqman Bakıdakı ilk matçda Helsinki komandası ilə 2:2 hesablı heç-heçə edib.