29/09/2022
16:00
2858
| A A A
PSG Messinin əvəzləyicisini tapıb

PSG cari mövsümün sonunda komandadan ayrılacağı gözlənilən Argentina millisinin futbolçusu Lionel Messinin əvəzləyicisini tapıb.

Goal.az xəbər verir ki, Paris təmsilçisi 35 yaşlı hücumçunun gedişindən sonra yarana biləcək boşluğu Manchester City-də çıxış edən Bernardu Silva ilə doldurmaq istəyir.

PSG əvvəlcə heyətdə Karlos Soler və Fabian Ruis kimi oyunçuların olduğunu nəzərə alaraq, portuqaliyalı hücumameyli yarımmüdafiəçidən imtina edib. Lakin klubun idman direktoru Luis Kampos Monaco-dan yaxşı tanıdığı 28 yaşlı vingerin transferində şəxsən maraqlıdır. O, hesab edir ki, Silva argentinalını layiqincə əvəzləyə bilər.

Qeyd edək ki, Lionel Messinin PSG ilə 2023-cü ilin yayınadək müqaviləsi var. (report)