30/01/2023
13:50
4558
| A A A
Qarabağ-ın Alves üçün təklifi rədd edilib

Qarabağ-ın braziliyalı qapıçı Vana Alves üçün təklifi rədd edilib.

Goal.az xəbər verir ki, Azərbaycan çempionu Kiprin Aris klubunun qolkiperinin transferi üçün qarşı tərəfə cəlbedici təklif göndərib. Lakin Limassol təmsilçisi bunu qəbul etməyib. 32 yaşlı futbolçu Qarabağ da daxil olmaqla, bir neçə klubun maraq dairəsindədir.

Qeyd edək ki, 2021-ci ildən Aris-in formasını geyinən Vana Alves karyerası ərzində Coritiba (Braziliya) və Porto (Portuqaliya) kimi klublarda çıxış edib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI