30/01/2023
14:45
1638
| A A A
Ukrayna Futbol Assosiasiyası Rusiya klublarına görə FIFA-ya müraciət edib

Ukrayna Futbol Assosiasiyası FIFA və UEFA-ya müraciət edib.

Goal.az xəbər verir ki, UAF Avropa komandalarının Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı zamanı Rusiya təmsilçiləri ilə yoldaşlıq oyunları keçirməsinə qarşı çıxıb.

"Türkiyədədəki matçlar qeyri-rəsmi statusa malik olsa da, biz bunu Rusiya idmanının təcridinin pozulması hesab edirik. Ölkənin heç bir nümayəndəsinin beynəlxalq tədbirlərdə, o cümlədən idmanda iştirak hüququ yoxdur. Rusiya və Belarus tamamilə təcrid edilməlidir", - deyə Ukrayna yığmasının mətbuat katibi Aleksandr Qlivinski bildirib.

Qeyd edək ki, FIFA və UEFA Ukrayna ilə müharibəyə görə Rusiya klublarını və milli komandasını beynəlxalq yarışlardan kənarlaşdırıb. Azərbaycan komandalarından Sumqayıt qış toplanışında Rusiya Krılya Sovetov-u (0:1) ilə üz-üzə gəlib. (report)

GÜNÜN ƏN ÇOX OXUNANLARI