13/05/2021
18:49
1225
| A A A
İnter-in futbolçusu əməliyyat olundu

İnter-in müdafiəçisi Aleksandar Kolarov əməliyyat olunub.

Goal.az xəbər verir ki, serbiyalı futbolçu belindən əməliyyat edilib.

36 yaşlı oyunçununun əməliyyatının uğurlu keçdiyi bildirilib. Ancaq o, mövsümün qalan oyunlarında meydana çıxa bilməyəcək.

Xatırladaq ki, İnter mövsümün sonuna 4 tur qalmış çempionluğunu rəsmiləşdirib.