13/05/2021
19:47
2636
| A A A
Lempardın yeni klubu müəyyənləşir

Chelsea-nin sabiq baş məşqçisi Frenk Lempard yenidən İngiltərə Premyer Liqasında çalışa bilər.

Goal.az xəbər verir ki, 42 yaşlı mütəxəssis Crystal Palace-la danışıq aparır.

London təmsilçisi çalışdırıcısı Roy Hocsonla mövsümün sonunda yollarını ayırmaq fikrindədir.

Qeyd edək ki, Crystal Palace Premyer Liqada 35 turdan sonra 41 xalla 13-cü sıradadır.