Siriqunun yeni klubu bilindi
Torino klubundan ayrılan Salvatore Siriqunun yeni ünvanı məlum olub.
Goal.az xəbər verir ki, 34 yaşlı qapıçı Genoa klubuna keçib. Bu barədə A Seriyası təmsilçisinin mətbuat xidməti məlumat yayıb. Siriqu ilə imzalanan müqavilənin detalları açıqlanmayıb.
Siriqu İtaliya yığmasında 27 oyuna çıxıb.